Arxiv
4 May 2021, 12:30 | AKTUAL
Şənbə və bazar günü Bakıda marşrut işləyəcək - RƏSMİ

Mayın 8 və 16-da Bakıda müntəzəm marşrut xətləri işləyəcək.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

 

Onun sözlərinə görə, 8 may şənbə gününə,16 may isə bazar gününə təsadüf edir: “Lakin rəsmi iş günləri sayılır. Rəsmi iş günləri sayıldığı həmin günlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv