Modern.az

Başlıbel kəndinin sakini Kəlbəcərdə itkin düşən atası ilə bağlı KÖMƏK İSTƏDİ

Başlıbel kəndinin sakini Kəlbəcərdə itkin düşən atası ilə bağlı KÖMƏK İSTƏDİ

Aktual

4 May 2021, 13:05

Kəlbəcərin Başlıbel kənd sakini Ələkbər Ələsgərov rayonun işğalı zamanı itkin düşmüş atası ilə bağlı hər hansı nişanənin tapılması üçün kömək istəyir.

O, bununla bağlı Modern.az-ın redaksiyasına müraciət edib. Bildirib ki, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalı zamanı yolların bağlanması nəticəsində yaşadığı Başlıbel kəndində ailəlikcə mühasirəyə düşərək, 113 gün orada qalıblar:


“18 aprel 1993-cü ildə ermənilər gizləndiyimiz kahada yerimizi müəyyən edərək, bizi mühasirəyə alıb atəşə tutdular. Bizimlə birlikdə kəndi tərk edə bilməyib orada qalan 62 nəfərdən 12-sini amansızlıqla qətlə yetirdilər, 14 nəfəri isə girov apardılar. Biz isə qaçaraq dağlarda olan başqa kahalarda gizlənməyi bacara bildik. Rəhmətlik həyat yoldaşım hər iki qolundan güllə yarası aldı. Azyaşlı övladlarımla özüm də atılan qumbaralardan qəlpə yarası aldıq.

17 iyul 1993 -cü il biz mühasirədən çıxarkən 2-ci Dünya müharibəsi iştirakçısı, 93 yaşlı atam Kazımov Ələsgər Ələsgər oğlu dağda sığındığımız kahada qaldı, onu özümüzlə gətirə bilmədik. Başlıbel kəndi işğaldan azad edildikdən sonra bir neçə dəfə həmin yerə səfər edilsə də, ora gedənlər atamla bağlı axtarış aparmayıblar”.


Ələkbər Ələsgərov xahiş edir ki, atası ilə bağlı axtarışların aparılmasında ona kömək edilməsi üçün aidiyatı dövlət orqanlarının bu işə cəlb olunmasına yardım göstərilsin.

O, hazırda Yevlax rayonunun Tanrıqulular kəndində məskunlaşıb

Ələkbər Ələsgərov əlaqə telefonu: 050-614-95-66.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir