Arxiv
4 May 2021, 14:16 | AKTUAL
Azərbaycan XİN Meksikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksikaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında məlumat verilib.

 

"Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik", - deyə başsağlığında bildirilir.

 

Qeyd edək ki, Mexikoda metro körpüsünün çökməsi nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv