Modern.az

Bakı Mühəndislik Universitetinin müəllimi vəfat etdi

Bakı Mühəndislik Universitetinin müəllimi vəfat etdi

Allah rəhmət eləsi̇n

4 May 2021, 15:10

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri, professor Baba Qasımov vəfat edib. Bu barədə Modern.az-a mərhumun həmkarları məlumat veriblər.

Baba Qasımov Moskva Dövlət Universitetinin Fizika fakultəsini bitirmişdi. O, əvvəllər Bakı Dövlət Universitetində aparıcı elmi işçi, Təhsil Nazirliyində Elm idarəsinin rəis müavini, Analiz və proqnoz şöbəsinin müdiri vəzifələrində çalışıb. Daha sonra "Project Harmony" Təşkilatında təhsil koordinatoru olub.

2007-ci ildən Bakı Mühəndislik İnstitununda çalışırdı.

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi