Modern.az

ABŞ-Azərbaycan münasibətlərində istiləşmə - Baydenin "907-ci düzəliş"i dondurmasının 4 SƏBƏBİ

ABŞ-Azərbaycan münasibətlərində istiləşmə - Baydenin

Dünya

4 May 2021, 16:19

ABŞ-ın nüfuzlu “The Hill” qəzeti prezident Co Baydenin Azərbaycana qarşı qəbul edilmiş "907-ci düzəliş"in müvəqqəti dondurulması barədə qərarına toxunub.


Modern.az
“The Hill”ə istinadən xəbər verir ki, Dövlət katibi Entoni Blinken hələ aprelin 26-da Konqres üzvlərinə bu barədə məlumat verib.  

 

Düzəlişin dondurulması ABŞ-a Azərbaycana birbaşa hərbi yardım göstərməyə imkan verəcək. Blinken Ağ Ev Administrasiyasının bu addımı atması üçün 4 əsaslı arqument sadalayıb.


“Düzəlişin dondurulması ABŞ-ın terrorla mübarizəsi, ordusunun operativ hazırlığını yüksək saxlamaq, müttəfiqləri terrorizmlə mübarizədə dəstəkləmək və Azərbaycanın sərhədlərinin qorunması baxımından zəruridir”-deyə Blinkenin konqresmenlərə məktubunda bildirilir.

 

ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi 1992-ci ildə erməni diasporunun təsiri ilə qəbul edilib. Düzəliş Azərbaycana birbaşa hərbi yardımı qadağan edir. Amma 2002-ci ildən başlayaraq Amerika prezidentləri bu düzəlişin tətbiqini dondurur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu