Modern.az

Sədr: “Dağlıq Qarabağın Azərbaycanlı icması” əhəmiyyətini itirmişdi

Sədr: “Dağlıq Qarabağın Azərbaycanlı icması” əhəmiyyətini itirmişdi

4 May 2021, 17:18

“30 aprel tarixində Dağlıq Qarabağın keçmiş azərbaycanlı icmasının üzvləri bir araya gələrək,  müzakirələr apardı. 44 günlük Vətən müharibəsindən sonra artıq torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası və s. kimi mövzular müzakirələrimizin əsas məsələsi idi. Nəticədə qərara gəldik ki, “Dağlıq Qarabağın Azərbaycanlı icması” ictimai mahiyyətini itirdiyinə görə, bu təşkilatın mövcudluğunun davam etdirilməsinə lüzum yoxdur”.

Bu sözləri Modern.az-a keçmiş “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın sədri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, artıq Qarabağ adlı inzibati ərazi vahidi mövcuddur, status məsələsi isə yoxdur:

“O cümlədən, “Dağlıq Qarabağın azərbaycanlı və erməni icması” deyilən anlayışlar da sıradan çıxıb. Bu icmalar öz ictimai əhəmiyyətini itirib. Ona görə, bu təşkilatın buraxılmasına qərar verdik”.


T.Gəncəliyev həmçinin qarşıya qoyulan məqsədlərdən danışıb:

“Bizim hazırkı məqsədimiz  öz torpaqlarımıza qısa zamanda geri dönmək, quruculuq, bərpa işlərində iştirak etmək, ləyaqətli şəkildə həyatımızı Qarabağ bölgəmizdə davam etdirməkdən ibarətdir. Bu məqsədə artıq çatmışıq. Torpaqlarımız işğaldan azad olunub, qalıb dağılmış irsimizi, mədəni abidələrimizi  bərpa etmək. Biz qarşımıza qoyduğumuz bütün məqsədlərə nail olacağıq”.

Aysel Məhərrəmova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir