Modern.az

Postsovet ölkələrində İkinci Dünya Müharibəsi veteranlarına verilən YARDIM

Postsovet ölkələrində İkinci Dünya Müharibəsi veteranlarına verilən YARDIM

5 May 2021, 12:06

Azərbaycan prezidenti 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən, müharibə iştirakçılarının hər birinə 1500 manat (882 dollar) birdəfəlik maddi yardım göstəriləcək.

 

Modern.az xəbər verir ki, bir sıra keçmiş sovet respublikaları da müharibə iştirakçılarına birdəfəlik maddi yardım göstərəcək.

Rusiya İkinci Dünya Müharibəsi iştirakçılarına birdəfəlik 10 min rubl (133 dollar) ödəyəcək.

Qazaxıstan 9 May münasibətilə veteranlara 12 milyon som (1,1 min dollar) yardım edəcək.

Özbəkistanda yardımın göstəricisi 1 milyon tenge (2,3 min dollar) təşkil edəcək.

 

Belarusda bu günə qədər İkinci Dünya Müharibəsi iştirakçılarına yardımla bağlı qərar verilməyib. Gürcüstanda isə ötən il veteranlara 600 lari (173 dollar) yardım verilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi