Modern.az

Ramin Bayramlı 20 həkimi işdən niyə çıxarıb? - TƏBİB-dən rəsmi CAVAB

Ramin Bayramlı 20 həkimi işdən niyə çıxarıb? - TƏBİB-dən rəsmi CAVAB

5 May 2021, 14:22

“Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir”.

 

Bu barədə TƏBİB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir:

 

“Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin  TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər”.

 

Qeyd edək ki, KİV-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının 20-yə yaxın şəxsi qanunsuz olaraq işdən çıxardığına dair məlumatlar yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır