Modern.az

Straftor: “Türkiyə regionun hakim gücü olacaq”

Straftor: “Türkiyə regionun hakim gücü olacaq”

6 Fevral 2010, 18:24

ABŞ-dakı nüfuzlu  Straftor Strateji Araşdırmalar Mərkəzi  2010-2020-cı illər üzrə hesabatını açıqlayıb. Modern.az xəbər verir ki, Straftor Türkiyənin 2010-2020-ci illər dönəmində regionun hakim gücü olacağını bildirir. Hesabata görə, Ağ dəniz və İran, Qafqazlar və Orta Asiya arasındakı əlaqələr Türkiyənin yenidən ortaya çıxması ilə tamamlanacaq. Türkiyənin hakim roluna başlıca əngəli isə daxili siyasi xaos yarada bilər.    

 Türkiyənin güclü ordusu və iqtisadiyyatı ilə gələcək 10 ildə regional lider olaraq ortaya atılacağını deyən Straftor ABŞ-ın tezliklə Yaxın Şərqdən çəkiləcəyini və onun yerinə bölgədə Türkiyənin hakim olacağını proqnoz edir.

Straftorun hər 5 ildən bir hazırladığı 10 illik hesabatda qeyd olunur ki, gələcək 10  ildə radikal islamçıların hücumları davam etsə də, ABŞ  ilə “cihatcılar” arasındakı savaş səngiyəcək və bölgədə iki böyük müharibə sona çatmasa da öz təsirini itirəcək. İran, İraq, Əfqanıstan 2020-ci ilə qədər gündəmdəki yerini  qoruyacaq, lakin bölgədə əsas mövzular olmayacaq.

Straftor qeyd edir ki, bu dönəmdə Türkiyənin daxili təlatümləri də olacaq. Atatürkçülük və islamçılar  arasındakı ziddiyyətlər ölkəni xaosa sürükləyəcək. Məhz bu ziddiyyət Türkiyənin hakim regional gücə sahib olmaq perspektivinə kölkə sala bilər, lakin gələcək 10 ildə bu böhranın da idarə olunması mümkün görünür.  

Staftor İranın 10 il ərzində nəzarət altına alınacağını qeyd edir. Bu, hərbi yollamı, İranın izolə edilməsi yoluylamı,  mövcud və ya digər bir rejimlə siyasi bir çözüm vasitəsiləmi  olacaq - bunu Straftor birmənalı proqnoz edə bilmir. Lakin regionda böyük bir oyunçu olacaq  təməl gücə sahib olmayan İran nəzarət altına alınacaq.

Qarşıdan gələn 10 ildə Avropa demoqrafik problemlər üzündən daxili problemlərinin həlli ilə məşğul olacaq. Avropalılar tüklər və Afrikanın şimalından olan miqratlar  hesabına bir sıra problemlər yaşayacaq. Gələcək 10 ildə bu miqrantlar  iqtisadi acıdan önəmliyini qoruyacaq.

Hesabata görə, postsovet ölkələrində yaxın 10 ildə iqtiisadi inkişaf müşahidə olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür