Modern.az

Kreml NATO-nu əsas düşmən elan etdi

Kreml NATO-nu əsas düşmən elan etdi

6 Fevral 2010, 18:33

Rusiya prezidenti Dmitri Medvedev ölkənin hərbi doktrinasını təsdiqləyib. Modern.az xəbər verir ki, sənəddə Rusiyanın başlıca düşməni NATO-nun genişlənməsi və Raketdən Müdafiə Sistemləri göstərilib. Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Medvedev hərbi doktrinanı imzaladığını xəbər verib.      
Kremlin internet saytında yayılan sənəddə 2020-ci ilə qədərki əsas təhlükələrin sırasında ilk yer NATO-ya verilib.

 

Sənəddə deyilir ki, Rusiya ona və müttəfiqlərinə qarşı  nüvə hücumuna eyni həcmdə nüvə zərbələri ilə cavab vermək hüququnu özündə saxlayır. Prezident Medvedev bildirib ki, Rusiyaya qarşı genişmiqyasıl müharibənin başlanması ehtimalı az olsa da, bir sıra istiqamətlərdən Rusiya Federasiyasına qarşı hərbi hücumlar güclənməkdədir.

 

 

Qeyd edək ki, bu cür hərbi hücumlardan biri  kimi Moskva ABŞ Raketdən Müdafiə sistemlərinin Rumıniya ərazisində yerləşdirilməsini görür. Kreml bu barədə artıq Vaşinqtondan izahat tələb edib.  

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi