Modern.az

Azərbaycanda vaksinasiyanın yeni mərhələsi ELAN OLUNDU

Azərbaycanda vaksinasiyanın yeni mərhələsi ELAN OLUNDU

6 May 2021, 12:10

Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi başlayır.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

 

T.Musayev qeyd edib ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsinə mayın 10-dan start verilir:

 

“Belə ki, 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları da vaksinasiya kampaniyasına qoşula bilərlər. Bu böyük bir şansıdır. Bu, ilkin olaraq, vaksinlərin yetərli qədər olduğuna əsaslanan məsələdir. Könüllülük prinsipi qorunmaqla, vətəndaşlıq məsuliyyəti hiss edilməklə, hər kəsi vaksinasiya prosesinə qoşulmağa dəvət edirəm. Çünki hamımızın normal həyata qayıdışımız vaksinasiyadan keçir. Bu şansı əldən buraxmaq olmaz".

 

O, səhiyyə işçiləri arasında vaksinləşmənin 90 faiz olduğunu, təhsil işçiləri arasında vaksinləşmənin də 90 faizə çatdığını qeyd edib.

 

T.Musayev bildirib ki, vaksinləşmənin mövsümi xarakter alacağı güman olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir