Arxiv
6 May 2021, 13:27 | DÜNYA
Hindistanda koronavirus dəhşəti: İnsan cəsədləri küçələrdə yandırılır - FOTOLAR

Hindistanın koronavirus ilə mübarizəsi, itkiləri və artan hallar dünyanı şoka salmağa davam edir. 

Modern.az xəbər verir ki, Hindistanda son 24 saat ərzində koronavirusdan 3.780 nəfər həyatını itirib. Bununla gündəlik ölüm sayında bir rekord qırılıb.

Pandemiyanın başlandığı gündən ən yüksək insan itkisinin qeydə alındığı ölkədə ümumi xəstə sayının 21 665 148-ə çatdığı bildirilir.

 

İnsanlar cəsədləri yandırmağa yer tapmır

Qohumlarını itirənlər açıq ərazilərdə yığılmış taxta yığınları və cəsədləri yandırmağa çalışırlar. Parklarda cəsədləri yandırmaq üçün ağacları kəsməyə də başlayıblar.

 

Peyvəndlənmə ləng aparılır

Hindistanda peyvənd prosesi gec irəliləyir.  İndiyə qədər ölkə əhalisinin yalnız 10% -dən azı peyvəndin ilk dozasını alıb. Hər iki dozanın da 2% -dən azı vurdurub.

Buraya BMT-nin maliyyələşdirdiyi Covax proqramına aşağı və orta gəlirli ölkələrə peyvənd göndərən peyvəndlər daxildir.

 

Hindistan epidemiyaya qarşı harada səhv edib?

Martın əvvəlində Hindistan Səhiyyə Naziri ölkədə COVID-19 epidemiyasının sona yaxınlaşdığını elan etmişdi.

Bununla da yanvar ayından bəri ölkəsində istehsal olunan milyonlarla doza peyvəndini digər ölkələrə göndərməyə başladı.

 

Sentyabr ayında 93 min yoluxmaya  çatan gündəlik xəstələrin sayı durmadan azalmağa başladı və fevral ayının ortalarında bu rəqəm gündə orta hesabla 11 minə,  hətta gündəlik ölüm sayısı 100-ə enmişdi.

Daha sonra fevral ayının sonunda Hindistan rəsmiləri 186 milyon seçicisi olan 5 əyalətdə seçkilərin keçiriləcəyini elan edir.

Seçkilər 27 mart tarixindən başlayaraq bir aydan çox davam edir. Seçki kampaniyalarında nə sosial məsafə, nə də sağlamlıq tədbirləri gözlənilir.

 

Martın ortalarında, əksəriyyəti maskasız olan 130.000 azarkeşin Hindistan və İngiltərə milli komandaları arasındakı yarışı izləməsinə icazə verir.

Aprel ayının ortalarına qədər ölkədə gündəlik xəstələrin sayı ilk dalğanı keçərək orta hesabla 100 minə çatır. 

Aparılan bir araşdırmaya görə, nəzarət altına alınmazsa, iyun ayının əvvəlində Hindistanda hər gün 5300 insanın öləcəyi praqnozlaşdırılır.

 

Bu səhiyyə böhranından nə öyrənmək olar?

Hindistanda peyvəndin istənilən səviyyədə olmadığını və sürü toxunulmazlığından uzaq olduğunu nəzərə alaraq əksər epidemioloqlar virusun dalğalı şəkildə geri dönəcəyini düşünürlər.

Virus sərhədlərə və milliyətlərə, yaşa, cinsə və dinə baxmır. İndi Hindistanda baş verənlərin təəssüf ki, digər ölkələrdə də baş vermə təhlükəsi var.

 

Bu epidemiya həm də dünyanın bir-birinə necə bağlı olduğunu göstərir. Bir ölkədə infeksiya səviyyəsi nə qədər yüksəkdirsə, digər ölkələrə yayılma ehtimalı da bir o qədər yüksəkdir.

 

Aysel Məhərrəmova

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?