Modern.az

Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir…

Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir…

Dünya

6 May 2021, 15:19

9 May günü keçmiş sovet respublikalarında faşizm üzərində Qələbə günü kimi qeyd olunur. Modern.az xatırladır ki, bu il bayramın 76-cı ildönümü keçiriləcək.

Maraqlıdır ki, Hitler Almaniyası üzərində qələbə qazanan ölkələr bu tarixi hadisəni fərqli günlərdə qeyd edir. Belə ki, Rusiya, Azərbaycan da daxil olmaqla, keçmiş sovet respublikaları, Serbiya, Makedoniya, Bosniya və Hersoqovina Qələbə gününü 9 Mayda qeyd edirlər.

 

Əksər Avropa ölkələri və ABŞ-da isə bu bayram mayın 8-də qeyd olunur. Avropa ölkələrində 8 May günü Zəfər günü (Norveçdə Azadlıq günü, Slovakiyada Faşizm üzərində Qələbə günü, Polşada isə Qələbə və Azadlıq günü) kimi qeyd olunur.

 

Qələbə gününün fərqli tarixlərdə qeyd olunması isə saat qurşaqlarındakı fərqlə bağlıdır. Belə ki, Almaniya kapitulasiya sənədəini imzaladığı anda Mərkəzi Avropada tarix mayın 8-i saat 22:43, Moskvada isə mayın 9-u saat 00:43 idi.

Maraq kəsb edən məqamlardan biri İkinci Dünya Müharibəsinin əsas məğlub ölkəsi – Almaniyada 9 May gününün qeyd olunması ilə bağlıdır. Əksər Avropa ölkələri kimi Almaniya da müharibənin bitmə tarixi olaraq 8 mayı əsas götürür. Həmin gün Almaniyada rəsmi bayram deyil,  amma Nasionl-Sosializmdən azad olunma günü kimi qeyd edilir.

 

Bu günü Almaniyada yaşayan rusdilli sakinlər, yerli antifaşistlər qeyd edir. Onlar mədəniyyət mərkəzlərində həvəskar konsertlər təşkil edir, hərbi mahnılar oxuyur, yaxud öz xatirələrini bölüşür. Berlinin Tirqarte monumentində, Reyxstaqın binasına və şəhərin Treptov parkında yerləşən Sovet əsgərinə həsr olunmuş abidələri ziyarət edib, əklil qoyublar.


Almaniyanın kapitulasiya aktı imzaladığı Karlshorst rayonunda isə bayram şənliyi təşkil edilir. Müharibədə məğlub olan Almaniyada 8 May günü rəsmən Nasional-Sosializmdən azad olunma günü kimi qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir