Modern.az

Ter-Petrosyan eks-prezidentləri Paşinyana qarşı birləşməyə ÇAĞIRDI

Ter-Petrosyan eks-prezidentləri Paşinyana qarşı birləşməyə ÇAĞIRDI

Dünya

6 May 2021, 17:00

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyan rejiminin yenidən hakimiyyətə gəlməsinə yol verməmək üçün Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində vahid blok tərkibində iştirak etməyə çağırıb.

Modern.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Levon Ter-Petrosyan deyib ki, eks-prezidentlər keçmişdə aralarında olan prinsipial fikir ayrılıqlarını kənara qoymalı və  “Milli həmrəylik alyansı" tərkibində birləşməlidirlər.


Amma Levon Ter-Petrosyanın təklifi qarşı tərəfdən birmənalı qarşılanmayıb. Belə ki, R.Koçaryan təklifi rədd edib, S.Sarkisyan isə fikir bildirməyib.

Ter-Petrosyan növbəti dəfə eyni təkliflə çıxış edib. O bildirib ki, Paşinyan rejiminin yenidən hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə tərəfindən mümkün və ehtimal olunan təhdidlərdən daha təhlükəlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?