Arxiv
6 May 2021, 19:01 | AKTUAL
Milli Məclisdə görüş - FOTO

 

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qonağı səmimi salamlayan komitə sədri Kristofer Martinez Berroteranın Azərbaycanda səfir kimi aktiv fəaliyyətini qeyd edib. Səməd Seyidov dövlət rəhbərləri arasındakı yüksək səviyyəli siyasi əlaqələr sayəsində ölkələrimizin dostluq münasibətlərinin inkişaf etdiyini söyləyib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almasını əlamətdar hadisə kimi dəyərləndirib. O, vurğulayıb ki, əlaqələrin inkişafı üçün bu əlverişli mühitə baxmayaraq, iki ölkə arasındakı iqtisadi, ticari əməkdaşlıq istənilən səviyyədə deyil.

 

Dostluq münasibətlərinin parlamentlərarası əməkdaşlığın inkişafı üçün də geniş imkanlar açdığını bildirən Səməd Seyidov bu sahədə əlaqələrin təşkili perspektivlərindən söz açıb.

 

Görüşə görə minnətdarlığını bildirən  Kristofer Martinez Berroteran  parlament diplomatiyasının rolunu yüksək qiymətləndirdiyini deyib. Səfir ölkələrimizin parlamentləri arasında münasibətlərin inkişafının  ümumi mənafelərə cavab verdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Prezident İlham Əliyevin fəaliyyətini qeyd edərək yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin, aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib. 

 

Görüşdə  digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv