Modern.az

Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO

Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO

6 May 2021, 22:14

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu dəqiqləşib. 

Modern.az xəbər verir ki, bu, kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətovdur. 

Əslən Lerikin Ambo kəndindən olan Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə dünyaya gəlib. Şəhid kapitan Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə ailəsinin onunla əlaqəsi kəsilmişdi. 

Zabitimizin nəşi 7 aydan Cəbrayıl ərazisində sonra tapılıb. Şəhidimizin 2 övladı yadigar qalıb. Şəhid sabah doğma kəndində dəfn ediləcək.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir