Arxiv
7 May 2021, 10:26 | ALLAH RƏHMƏT ELƏSİN
Jurnalist Fərhad Abdullayev vəfat etdi

Tanınmış jurnalist və tərcüməçi Fərhad Abdullayev vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb. 63 yaşlı F.Abdullayev dünən dünyasını dəyişib.

 

Qeyd edək ki, Fərhad Abdullayev “İdman” – “Sport”, “Şahmat” qəzetlərində işləyib, AzTV-də şöbə müdiri vəzifəsində çalışıb.

 

Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri” və s. kitabları dilimizə çevirib. 2014-cü ildən etibarən Azərbaycan Tərcümə Mərkəzində işləyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?