Modern.az

Tibbi-Sosial Ekspert komissiyalarının 17 sədri işdən çıxarılıb

Tibbi-Sosial Ekspert komissiyalarının 17 sədri işdən çıxarılıb

Ölkə

7 May 2021, 12:00

“Ötən il aparılan islahatlar nəticəsində 17 TSEK (Tibbi-Sosial Ekspert Komissiyası) sədri işdən çıxarılıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  “Sosial saat” verilişində çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

 

O qeyd edib ki, bəzilərinin də işi Prokurorluğa göndərilib:

“ Ona görə o sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır. Biz çalışırıq ki, harda Komissiya sədrləri varsa, vətəndaşları onlara yönləndirək”.

 

Qurum rəsmisinin sözlərinə görə, hazırda 3 saylı DOST mərkəzində komissiya sədri yoxdur, həkim sayı da azdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü