Modern.az

Rusiya “Swift” sistemindən çıxarılsa, Azərbaycanı hansı risklər gözləyir?

Rusiya “Swift” sistemindən çıxarılsa, Azərbaycanı hansı risklər gözləyir?

İqtisadiyyat

7 May 2021, 13:00

Rusiya və Ukrayna arasında yaranan gərginlik fonunda Avropa Birliyi və ABŞ Rusiyanı “Swift” beynəlxalq banklararası kommunikasiya sistemindən uzaqlaşdırılmsı üçün müzakirələr gedir. Milyonlarla soydaşlarımızın yaşadığı Rusiyanın həmin sistemdən çıxarılması orda yaşayan azərbaycanlılarla bağlı hansı təsirləri göstərə bilər. Hər il Azərbaycana soydaşlarımız çoxlu bank köçürmələri edirlər. Belə bir problem yaşanarsa, Azərbaycana nə kimi təsirləri ola bilər?

 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a açıqlama verib.

Onun sözlərinə görə, Avropa Birliyi Parlamentinin bu barəd tövsiyyə xarakterli qətnaməsi var. Bunun tezliklə həyata keçirilməsi açığı o qədər də inandırıcı görünmür:

 

“Çünki Avropa Birliyinin özünün Rusiya ilə çox böyük ticarət dövriyyəsi davam edir. Təqribən 150-160 milyon kub metrlik neft və qaz alırlar. Ona görə də bunların ödənişlərinin həyata keçirilməsi lazımdır. Sadəcə bu sistemlə bağlı xəbərdarlıq statusu daşıyır. Amma gələcəkdə ola bilər ki, belə bir addım atılsın”.

 

Ekspert həmçinin bildirib ki, orda yaşayan azərbaycanlılara da ola bilsin bunun təsirləri olsun:

“Amma burda belə bir məsələ də var ki, azərbaycanlıların ölkəmizə pul köçürmə sistemi başqa sistemlər vasitəsi ilə də ola bilər. Rusiyanın özünündə də quraşdırılmış sistemlər var.  Şəxsdən-şəxsə köçürülmə olduqda isə, artıq sistemə ehtiyac qalmır”.

 

Ekspertin fikrincə, məsələ ilə bağlı Azərbaycan ciddi problem yaşamayacaq.

 “Rusiyada pul köçürmələri ilə bağlı böyük bir problem yaşanmayacaq. Sadəcə ticarət əlaqlərində problem yaşana bilər. Çünki Azərbaycanla Rusiyanın kifayət qədər böyük ticarət dövriyəsi var. İllik ticarət dövriyyəsi təxminən iki milyard dollara yaxındır. Qarşılıqlı ticarət əlaqələrində çox zaman banklar üzərindən pul köçürmələri həyata keçirilir. Bu məsələlər Azərbaycan və Rusiya əlaqələrin və ticarət müqavilələrinə, pul dövriyyələrinə təsir edə bilər”, - deyə o bildirib.

 

Aysel Məhərrəmova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir