Modern.az

“Arif Quliyev bəzi sənətkarlar kimi urvatsız getdi” - Aktyorun sənət dostları

“Arif Quliyev bəzi sənətkarlar kimi urvatsız getdi” - Aktyorun sənət dostları

7 May 2021, 13:28

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış aktyor, Xalq artisti Arif Quliyev mayın 7-də 71 yaşında vəfat edib.

Modern.az-ın əməkdaşı mərhum sənətçinin teatr səhnəsində rol haqqında həmkarları ilə danışıb.


Əməkdar artist, aktor Rafael İsgəndərov:


“Arif Quliyevlə televiziyda tərəf müqabili olmuşuq. Biz əsasən teatr aktyoru olduğumuza görə bir dəfə İrəvan teatrının bazasında “O olmasın, bu olsun” tamaşası hazırladıq. Məşədi İbad obrazını Ramiz Əzizbəyli, Qoçu Əsgəri Coşqun Rəhimov oynayırdı. Mən isə intelligent Həsən bəy obrazını canlandırırdım. Rejissorumuz da Hüseynağa Atakişiyev idi.
Arif Quliyev tamaşada hambal obrazını oynayırdı. Təqdimat zamanı aktyorlar bir-bir səhnəyə çıxır, gülüş payını nümayiş etdirirdi. Sıra Arif Qulıiyevə çatanda loru dildə desək, zal alqış səslərindən dağılırdı. Hamı sənətkarı layiqincə alqışlayırdı. Əfusular olsun ki, onun kimi sənətkarı itirdik.
Arif Quliyev bir insan kimi heç kəslə işi olmayan, bacardıqca, hamıya kömək edən biri idi. Allah rəhmət etsin...

Onu ekranda, səhnələrdə çox az gördük. Tamaşaçıya onun istedadı qədərincə təqdim olunmadı. Həmişə onunla gözəl, isti münasibətimiz olub. Pandemiya dövründə bəzi sənətkarlar urvatsız getdi. Xalq dəfnində iştirak edə bilmədi”.

 

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov:


“Onun teatr səhnəsindəki işi barədə sənətdə sözünü deyən insanlar danışa bilər.

Bir vətəndaş kimi onu deyə bilərəm ki, Azərbaycan yumor və satira sahəsinə, janrına çox böyük bir zərbə vurulub. Bu bizim hamımız üçün çox böyük zərbədir. Bu yer təəssüflər olsun ki, ömrümüzün axırına kimi boş qalacaq. Bu yeri heç kim tuta bilməyəcək.

Biz Arif müəllimin səhnəcikləri, televiziya komediyaları, filmləri ilə böyümüşük. 2-3 il bundan öncə həm özünün, həm də bizim istəyimizlə bir layihədə çəkilməyi düşünmüşdük. Arif müəllim də o layihədə baş rolda oynayacaqdı. Təəssüf ki, alınmadı. Bizim elə arzumuz arzu olaraq da qaldı. Çox böyük itkidi. Ailəsinə və yaxınlarına başsağlığı verir,səbr diləyirəm.
Karantin şəraiti ilə bağlı onun dəfn mərasimində də iştirak edə bilmədik”.



Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır