Modern.az

Azərbaycanda ən çox hansı kitablar SATILIR...

Azərbaycanda ən çox hansı kitablar SATILIR...

Ədəbi̇yyat

7 May 2021, 14:17

Son dövrlər Azərbaycanda kitaba marağın azaldığı haqqında fikirlər səsləndirilir. “Kitab oxuyan azdır” iddialarını cəmiyyətdə tez-tez eşidirik. Buna baxmayaraq, kitab oxuyanların sayının heç də az olmadığını düşünənlər də var. Beləliklə, cəmiyyətdə kitaba maraqla əlaqədar iki qütb – yaxşı olduğunu və pisləşdiyini iddia edənlər arasında bir “mübarizə”nin şahidi oluruq.


Bəs, kitab oxuyan insanlar hansı mövzuya daha çox müraciət edirlər? Həmin mövzuların üstün tutulmasının səbəbi nədir?


“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Modern.az-a bu haqda danışıb. Naşir oxucuların daha çox psixologiya və biznes mövzusunda olan kitablara üstünlük verdiyini söyləyib:


“Oxucuların ən çox oxuduğu və nəşr olunan kitablar  daha çox bu üç kateqoriyanı  təşkil edir. Psixologiya və biznes kitabları nəşr olunma sırasında birinci yeri tuturlar. İnsanlar əsasən, öz biznesləri ilə əlaqədar olaraq, bu tip kitabları oxuyur və  bizneslərinin inkişafı üçün müəyyən məlumatlar əldə edirlər.Tək biznes üçün deyil, özlərini də inkişaf etdirmək məqsədi ilə psixologiya kitablarını çox oxuyurlar. İkinci sırada oxucular tərəfindən oxunan kitablar tərcümə edilmiş xarici romanlardır. Detektiv janrında olan kitablar isə üçüncü sırada yer alır”.


“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli də biznes və psixologiya haqqında kitabların daha çox alındığını söyləyib:


“Ən çox oxunan kitablar biznes və psixologiya haqqında yazılan kitablardır. Çünki insanlar yaxşı karyera qurmaq və inkişaf etmək istəyirlər. Bu mövzuda populyar olan kitablardan biri də israilli yazıçı Yuval Noah Hararinin “Sapiens” kitabıdır. Detektiv janrda yazılmış kitablar da çox oxunur. Detektiv kitablarından ən çox Agata Kristi, Şerlok Holms, Çingiz Abdullayevin əsərlərini alırlar. Hər ay statistika aparılır. Statistikaya əsasən, aprel ayında ən çox alınan kitab İlkin Rüstəmzadənin  “Qaranlığın hekayəsi” kitabıdır. Çox sevindirici haldır ki, öz yazarımızın kitabı belə çox oxunur”.



Humay İsgəndərova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi