Arxiv
7 May 2021, 14:22 | ÖLKƏ
Sülhməramlılar Əfqanıstandan çıxarılır - Müdafiə Nazirliyindən açıqlama 

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədəd Müdafiə Nazirliyi məlumat yayıb.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.

 

Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?