Modern.az

Bu günün yoluxma sayı açıqlandı

Bu günün yoluxma sayı açıqlandı

7 May 2021, 16:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 325407 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 302860 nəfər müalicə olunaraq sağalıb, 4650 nəfər vəfat edib, aktiv xəstə sayı 17897 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10686, hazırkı dövrədək isə 3311267 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir