Modern.az

Misirdə “Xarı bülbül” sərgisi - FOTO

Misirdə “Xarı bülbül” sərgisi - FOTO

7 May 2021, 22:59

Qahirədə rəssamlarımızın əsərlərindən ibarət sərgi keçirilib.    

                                        

Bu barədə Modern.az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, Qahirədə tarixi Opera kompleksinin Salah Tahir adına sərgi salonunda Azərbaycan rəssamlarının işləri nümayiş etdirilib. 

 

Azərbaycan Respublikasının Misirdəki Səfirliyi və Qahirə Opera Evi tərəfindən təşkil olunan  “Xarı bülbül” adlı sərgidə Azərbaycan xalq rəssamlarının tabloları ilə  yanaşı gənc rəssamlarımızın işləri də sənətsevərlərin diqqətinə təqdim olunub. 

 

Sərginin ilk günündə Misir Mədəniyyət Nazirliyinin, ölkədə akkreditə olunan diplomatik korpusun və ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Sərgi misirli sənətsevərlərin də böyük marağına səbəb olub.

 

Qeyd edək ki, “Xarı bülbül” adlı sərgi Misirin KİV-lərində geniş şəkildə işıqlandırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir