Arxiv
8 May 2021, 11:17 | DÜNYA
Yenidən seçki keçirilsəyi, Əkrəm İmamoğlu səs ala bilərdimi… - Deputat və jurnalist MÖVQEYİ

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun fəaliyyəti ilə bağlı Türkiyədəki azərbaycanlı jurnalist Məhsəti Şərif, Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel fikirlərini Modern.az-la bölüşüb.


İstanbulda yaşayan jurnalist Məhsəti Şərifin sözlərinə görə, hələ ki Əkrəm İmamoğlu heç bir ciddi addım atmayıb:


“Əkrəm İmamoğlunun fəaliyyətini çox da müsbət qiymətləndirmirəm. Ağlımda qalan odur ki,  gələn kimi avtobuslarda gediş qiymətlərini artırmışdı. Hələ ki, ciddi bir iş görməyib. İnanmıram ki, verdiyi sözləri tam tutsun. İndilik vəzifəsinin icrasına davam edir. Hər halda səlahiyyətləri  bitənə qədər nələrsə edər”.


Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel isə bildirib ki, yenidən seçki olsaydı, Əkrəm İmamoğlu ötən dəfəkindən daha çox səs toplayardı:


“Əkrəm İmamoğlu İstanbul tarixində ən yüksək səslə şəhər meri seçildi. Hökumətin qarşısını almaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, qısa müddətdə nəqliyyat sahəsində böyük addımlar atdı. Dəmir yolu sasəsinə sərmayə qoyur.

Bundan əlavə, pandemiya və hökumət tərəfindən yoxsullaşan insanların, problemlə qarşılaşan mağaza sahiblərinin güvənini qazandı.  Xalqa münasibətləri son dərəcə rahatdır və İstanbul əhalisi onu sevir və qiymətləndirir.  Bu gün bir daha seçki keçirilsəyi, keçmişdə aldığı səslərdən daha çox toplayardı.

İstanbulun tarixinə lazımi əhəmiyyət verdiyi üçün gələcəyinə də böyük investisiyalar qoyur.  Fəaliyyəti sayəsində Türkiyənin ən tanınmış və sevilən siyasətçiləri arasında yer tutub”.



Fidan İlqarqızı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?