Modern.az

Dünya erməniliyinin alt-üst olan Şuşa ARZUSU

Dünya erməniliyinin alt-üst olan Şuşa ARZUSU

Qarabağ

8 May 2021, 11:27

Azərbaycan xalqı 28 il ərzində təqvimin 8 may tarxini Şuşanın işğal günü kimi qeyd edib. Amma müzəffər Azərbaycan Ordusunun zəfəri sayəsində Azərbaycanın mədəniyyət paytaxtı, qala-şəhər Şuşa 2020-ci il noyabrın 8-də düşmən tapdağından azad edildi.

  

Modern.az xatırladır ki, Şanlı qələbə Qarabağın döyünən ürəyi hesab edilən Şuşa ilə bağlı Ermənistanın da onun bölgədə yaratdığı marionet rejimin də planlarını alt-üst etdi.

Hər il Şuşanın işğalını mayın 9-da Qələbə Günü ilə birgə qeyd edən Ermənistan rəhbərliyi həmin tarixi milli qürur yerinə çevirmişdi. Lakin ötən ilin noybarından etibarən ermənilər üçün mayın 9-u qürur deyil, məğlubiyyət gününə çevrilib.

“Biz hər il mayın 9-da üç bayramı – Qələbə Günü, Şuşanın alınması günü və Qarabağ qoşunlarının yaradılması gününü birgə qeyd edirdik. Amma indi hər şey alt-üst olub. Daha qeyd etməyə bayramımız qalmayıb. Hamımız 44 günlük müharibədə aldığımız məğlubiyyətin şokunu yaşayırıq”-deyə Yerevan sakini jurnalistin sualına cavab verib. Həmin cavab, məyusluq ümumilikdə, bütün Ermənistan cəmiyyətinə xasdır.

 

Xüsusən, təxribatçı açıqlamaları ilə münaqişənin yenidən”isti faza”ya keçməsini körükləyən Arayik Arutunyan və Ermənistanın hərbi-siyasi rəhbərliyi bunun şokunu yaşayır.  

2020-ci il mayın 21-də qondarma seçkilərdə qələbə qazanan Qarabağ separatçılarının rəhbəri Araik Arutunyan “andiçmə mərasimi”ni qəsdən Şuşada keçirməklə Azərbaycan xalqını bilərəkdən təhqir etmişdi.

Azərbaycan dövlətinini, cəmiyyətinin Şuşa ilə bağlı xüsusi həssaslığını bilən Arutunyan təxribatçı əməllərini davam etdirmişdi.

 

Belə ki, “andiçmə mərasimi”ndən sonra o, açıqlama verərək qondarma rejimin parlamentinin Xankəndidən Şuşaya köçürüləcəyini anons etmişdi.

“Ümid edirəm ki, “parlamentin” növbəti iclası Şuşada keçiriləcək. Bizim belə bir istəyimiz var və bu istiqamətdə tezliklə addımlar atılsın”-deyə Arutunyan demişdi.

Amma Azərbaycan dövləti hərbi cinayətkar Araik Arutunyanın və onun himayədarlarının arzusunu ürəyində qoydu. Onun “andiçmə mərasimi” keçirdiyi Şuşa Mədəniyyət Evində toplanmış hərbçilər Vətən Müharibəsi sırasında Ordumuzun hava zərbəsi ilə məhv edildi.

 

2020-ci ilin yayında tikintisinə başlanılan separatçıların “parlament binası” isə ərazidən tam təmizlənib.

Beləliklə, Araik Arutunyanın və onun simasında dünya erməniliyinin Şuşa arzuları yerlə bir olub.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı