Modern.az

Nəşi tapılan Şəhid hərbçimizin cənazəsi qarşısında qurban kəsildi

Nəşi tapılan Şəhid hərbçimizin cənazəsi qarşısında qurban kəsildi

Aktual

8 May 2021, 11:32

Daşkəsəndə Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovun cənazəsinin qarşısında qurbanlar kəsilib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsəndə yaşadığı evə gətirilib.

 

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

 

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir