Arxiv
8 May 2021, 12:33 | İQTİSADİYYAT
Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ

“Bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur”.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olan birgə məlumatda bildirilib.

 

Rəsmi məlumatda yükdaşıma fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunması xahiş edilir:

 

“Avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən  nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.  

 

Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?