Modern.az

MAXE-lər təlimə cəlb olundu - SƏBƏB

MAXE-lər təlimə cəlb olundu - SƏBƏB

Aktual

8 May 2021, 12:58

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən kursantlara Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) mühəndis-istehkam manqa komandiri vəzifəsində praktiki dərslər keçirilib.

 

Modern.az xəbər verir ki, praktiki dərs zamanı kursantlara "Ön mövqeyin qarşısında öz mina sahələrimizdən manqa tərkibində keçidlərin açılması" mövzusu tədris olunub.

 

Onların praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib.

 

Bundan əlavə, kursantlara "Mina sahələrindən keçidlərin açılması zamanı aşkar olunmuş minaların zərərsizləşdirilməsi" mövzusu tədris olunub.

 

TTM-in mühəndis-istehkam ixtisası üzrə müəllimi, mayor Arif Butayev "Report"a bildirib ki, təlimdə əsas məqsəd kursantların bilik və bacarıqlarının artırılmasıdır: "Bu gün burada mühəndis-istehkam manqa kursuna qəbul olunmuş kursantlar manqa tərkibində öz mina sahələrimizdən əl üsulu ilə keçidlərin açılması və keçidlərin açılması zamanı aşkar etdikləri minaların zərərsizləşdirilməsi mövzusunda praktiki bilik və bacarıqlara yiyələnirlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?