Modern.az

“Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var” - Tahir Budaqov

“Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var” - Tahir Budaqov

Aktual

8 May 2021, 13:24

“Azərbaycan xalqı, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvləri Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü böyük ehtiramla qeyd edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var”. 

Modern.az xəbər verir ki, bu fikirləri YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələrinin Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarəti zamanı jurnalistlərə müsahibəsində deyib.

Tahir Budaqov bildirib ki, Heydər Əliyev dünya şöhrətli siyasətçi və dahi şəxsiyyət olub: 

“Alman filosofu  Şopenqauerin belə bir deyimi var ki, dahi şəxsiyyəti istedadlı insanlardan fərqləndirən cəhət odur ki, istedadlı insan heç kimin vura bilmədiyi hədəfləri vuran, dahi şəxsiyyət isə heç kimin zamanında görə bilmədiyi hədəfləri vuran insandır. Heydər Əliyev istər sovet dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti üçün o zaman bəlkə də çoxlarının dərk edə bilmədiyi, görə bilmədiyi elə bir işlər görmüşdür ki, bu işlərin xalqımız və dövlətimiz üçün bəhrəsini biz on illərdən sonra şahidi olmuşuq”.

YAP sədrinin müavini qeyd edib ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır: 

“Bu gün də həmin siyasət uğurla davam edir. Cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəldib. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev yerinə yetirib. Buna görə də, biz bu gün Ulu Öndərimizin məzarını  tamamilə başqa bir əhval-ruhiyyədə, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi ziyarət edirik. Bu gün Ulu Öndər Heydər Əliyevin  və  Zərifə xanım Əliyevanın ruhları şaddır. Azərbaycan xalqının gözü aydın olsun. Hesab edirəm ki, bizi qarşıda hələ yeni-yeni zəfərlər gözləyir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir