Modern.az

NİDA-çı Bayram Məmmədovun nəşi bu gün Bakıya gətiriləcək

NİDA-çı Bayram Məmmədovun nəşi bu gün Bakıya gətiriləcək

Aktual

8 May 2021, 13:52

Türkiyənin İstanbul şəhərində vəfat edən NİDA-çı gənc Bayram Məmmədovun nəşi bu gün Azərbaycana gətiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat paylaşıblar. 

 

Məlumata görə, mərhum gənc fəal mayın 9-da Bakıda dəfn olunacaq.

 

Qeyd edək ki, Türkiyənin “Sabah” nəşrinin yaydığı məlumata görə, mayın 2-də 25 yaşlı ictimai fəal dənizə düşən başmaqlarını götürmək üçün suya enən zaman boğulub. Məlumatda mərhumun üzə bilməməsi də qeyd olunub. Qeyd olunub ki, xilasetmə işləri aparan əməkdaşlar onun cansız cəsədini Haydarpaşa ərazisində tapıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı