Modern.az

“Çalışmalıyıq ki, sentyabr 15-dən ənənəvi tədrisi bərpa edək” - Nazir

“Çalışmalıyıq ki, sentyabr 15-dən ənənəvi tədrisi bərpa edək” - Nazir

Təhsil

8 May 2021, 16:17

“Təhsil Nazirliyi mümkün qədər əyani təhsilə qayıtmağın tərəfdarıdır”.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün sosial şəbəkə hesabında sualları cavablandırarkən deyib. Nazir qeyd edib ki, bu, tək “onlayn yoxsa, əyani təhsil yaxşıdır” prizmasından deyil, uşaqların bir-biri ilə ünsiyyəti və s. cəhətdən vacibdir:

“Hamımız çalışmalıyıq ki, sentyabr 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir. Şagirdlərin məktəbdə olması, digər uşaqlarla ünsiyyəti vacibdir. Təhsil Nazirliyi yalnız çıxılmaz vəziyyətdə olduqda əyani tədrisin dayandırılması ilə bağlı qərar verir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü