Modern.az

Rektor Vətən müharibəsinin veteranını redaktor TƏYİN ETDİ

Rektor Vətən müharibəsinin veteranını redaktor TƏYİN ETDİ

Media

8 May 2021, 16:31

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin redaktoru vəzifəsinə təyinat olub.

 

Modern.az xəbər verir ki, ATU rektoru, professor Gəray Gəraybəylinin 6 may tarixli əmrinə əsasən, bu vəzifəyə journalist Məğrur Əliyev təyin edilib.

 

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov yeni redaktoru qəzetin kollektivinə təqdim edib. 

 

Əvvəlcə Z.Musabəyov qəzetin mərhum redaktoru, şair, publisist, yazıçı Eldar İsmayılın xatirəsini yad edərək, onun 1997-ci ilin əvvəllərindən ömrünün sonunadək «Təbib» qəzetinə rəhbərlik etdiyini bildirib. O, ATU rəhbərliyinin yeni təyinatdan sonra qəzetdə bir sıra yeniliklər, dəyişikliklər gözlədiyini qeyd edib:

 

“Çalışmaq lazımdır ki, qəzetdəki materiallar həm tələbələrin, həm də universitet əməkdaşlarının marağına səbəb olsun, yeni ideyalar həyata keçirilsin. İnanıram ki tezliklə bu dəyişiklikləri görə biləcəyik. Uğurlar arzulayıram”.

 

Yeni redaktor M.Əliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Sonradan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alıb. 25 ildən artıqdır ki, mətbuat sahəsində fəaliyyət göstərir. İndiyədək bir sıra tanınmış qəzet və saytlarda rəhbər vəzifələrdə çalışıb, peşəkar fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb.

 

O, 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli və Qubadlının işğaldan azad olunmasına görə medalları ilə təltif edilib. Döyüş yolu haqqında bir sıra mətbuat orqanları və televiziya kanallarında materiallar hazırlanıb, Vətən müharibəsindən bəhs edən filmə çəkilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi