Modern.az

“Hər üç müəllimdən ikisinə vaksin vurulub” - Nazir

“Hər üç müəllimdən ikisinə vaksin vurulub” - Nazir

Təhsil

8 May 2021, 16:29

“Təhsil işçilərindən ilk növbədə 50 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb edildi. 50 yaşdan yuxarı hər üç müəllimdən ikisi artıq vaksinasiyadan keçib”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da vətəndaşların suallarını cavablandırarkən deyib. Nazir vurğulayıb ki, 57 minə yaxın müəllim ən azı vaksinin bir dozasını vurdurub:

 

“50 yaşdan yuxarı 56439 müəllim ən azı bir vaksinasiyadan keçib. Bu da həmin yaş üzrə 65 faiz təşkil edir.

 

İndiki məlumata görə, 40 yaşdan yuxarı 28 500 heyət, ümumilikdə 117356 nəfər, yəni 53 faiz işçisi vaksinasiyadan keçib. Mən onların hamısını təbrik edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı