Modern.az

Bu il 9 minə yaxın müəllim işlə təmin ediləcək

Bu il 9 minə yaxın müəllim işlə təmin ediləcək

8 May 2021, 16:35

“Cari ildə müəllimlərin işə qəbulu prosesində 50 mindən artıq namizədin iştirakını gözləyirik. 8000-9000-ə yaxın şəxsin iş yeri ilə təmin edilməsi planlaşdırılır”.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bəzi namizədlərin müsabiqədə uğur qazanmaması bəzən narazılıqlar yaradır:

“Müsabiqə o deməkdir ki, bir qisim insan qalib gələcək, digərləri isə iş yeri qazana bilməyəcək. Məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu