Modern.az

Millimizin baş məşqçisi püşkatmanın nəticəsinə münasibət bildirdi

Millimizin baş məşqçisi püşkatmanın nəticəsinə münasibət bildirdi

7 Fevral 2010, 17:36

Fevralın 7-də Polşanın paytaxtı Varşavada 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa  Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Modern.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası Avro-2012-nin final mərhələsi uğrunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq.
Azərbaycan milli komandasının baş məşçisi Berti Foqts bu gün keçirilən Avro-2012-nin seçmə mərhələsinin püşkatması ilə bağlı fikirlərini bildirib. Millimizin baş məşqçisi AFFA-nın saytına açıqlamasında çox maraqlı və güclü qrupda mübarizə aparmalı olacaqlarını deyib: «Almaniyanın fovarit hesab olunan qrupda Türkiyə millisi də güclü komandadır. Bu komanda ilə yoldaşlıq oyunu keçirmişik və qüvvəsinə bələdik. Bütün komandamla, o cümlədən klub məşqçiləri ilə birlikdə bu qarşılaşmalara ciddi hazırlaşmalı, təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirməliyik. Ən yüksək nəticəni qazanmaqla azarkeşlərə baxımlı oyun nümayiş etdirməyə çalışacağıq. Milli komandaya dəstək olacaqlarına görə onların hər birinə əvvəlcədən dərin minnətdarlığımı bildirir və “çox sağ olun” deyirəm.”

Berti Foqts alman mətbuatına verdiyi  açıqlamada Almaniya millisi ilə yenidən qarşılaşacaqlarından məmnun olduğunu söyləyib: «Püşkatmanın nəticəsindən razı qaldım. Almaniya komandası ilə oyunlardan biz külli-miqdarda gəlir əldə edə bilərik. Belə olsa, bu pul Azərbaycanda futbolun inkişafına sərf olunacaq».

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü