Modern.az

Kolumbiyada etiraz: 548 nəfər itkin düşdü

Kolumbiyada etiraz: 548 nəfər itkin düşdü

9 May 2021, 08:59

Kolumbiyada aprelin 28-dən 7 may tarixinədək keçirilən etiraz aksiyalarında iştirak edənlərdən 548 nəfəri itkin düşüb.

 

Modern.az  yerli “La FM” radiosuna istinad edərək xəbər verir ki, bu barədə ölkənin Ombudsman ofisinin məlumatında bildirilib.

 

Etiraz və iğtişaşlar zamanı ölənlərin sayının 26-ya çatdığı bildirilib.

 

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir