Arxiv
9 May 2021, 17:00 | DÜNYA
ABŞ və Ukrayna birgə təlimə başladı

Birləşmiş Ştatlar və Ukraynanın sərhəd xidmətlərinin gəmiləri Qara dənizdə birgə hərbi təlimlərə başlayıblar.

 

Modern.az xəbər verir ki, məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.

 

“Dünən Ukraynanın iqtisadi dəniz zonasında Dövlət Sərhəd Xidmətinin flaqmanı ABŞ-ın Sahil Mühafizə Xidmətinin “Hamilton” gəmisi ilə qarşılaşıb”, – məlumatda qeyd olunub.

 

Bildirilib ki, iki dövlətin gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və dəniz sərhədlərinin mühafizəsi ilə bağlı tərəflərin təmsilçilərinin işgüzar görüşü olub. Bu manevr də dənizdə birgə təlim-təcrübə mübadiləsi çərçivəsində keçirilib.    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?