Modern.az

Ukraynada prezident seçkilərinin II turu keçirilib

Ukraynada prezident seçkilərinin II turu keçirilib

7 Fevral 2010, 17:42

Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci və sonuncu mərhələsi keçirilib. Ölkə əhalisi seçkilərdə prezidentliyə namizədlər - hazırkı baş nazir Yuliya Timoşenko və Moskvapərəst müxalifət lideri Viktor Yanukoviç arasında seçim ediblər.

Yanukoviç əsasən rusdilli sakinlərin yaşadığı ölkənin cənub-şərq regionunda,Timoşenko isə ölkə paytaxtı Kiyev və qərb bölgəsində güclüdür.

Bu prezident seçkiləri həddindən artıq önəmlidir. Belə ki, bu seçkilər indiki qərb-yönümlü kursla davam edəcəyi və ya geriyə, Ruisyanın təsir dairəsinə qayıdacağı barədə ölkənin müqəddəratını müəyyən etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub