Modern.az

Parlamentdə Heydər Əliyevin ildönümü qeyd olunub - FOTO

Parlamentdə Heydər Əliyevin ildönümü qeyd olunub - FOTO

Parlament

10 May 2021, 12:15

Mayın 10-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

 

Bu barədə Modern.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər.

 

Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!