Modern.az

Konservatoriya Şuşaya köçürülür - Fərhad Bədəlbəylinin ən böyük arzusu

Konservatoriya Şuşaya köçürülür - Fərhad Bədəlbəylinin ən böyük arzusu

Mədəni̇yyət

10 May 2021, 14:54

Şuşa Azərbaycanın muğam beşiyi, milli musiqi, poeziya mədəniyyətinin qədim abidəsidir. Şuşa sənətkarlarının sənət nümunələri o dövrlərdə ətraf ölkələrdə böyük şöhrət qazanırdı. Şəhərin gerbində isə yerdə alovlanan od dilimləri, güc rəmzi olan pələng və Qarabağ atı əks olunurdu. Şuşa həmin dövrdə hər məhəlləsində inşa edilmiş məscidləri, qədim hamamları, bulaqları və mədəniyyət abidələri ilə tanınırdı. XVIII əsrin əvvələrində Şuşa Qarabağ xanlığının, eləcə də Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrildi. Qonşu ölkələrdə isə özünə “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziya konservatoriyası” kimi adlar qazandı. 

 

1992-ci il mayın 8-i Şuşamız ermənilər tərəfindən işğal olundu. Şuşanı işğal etməklə bizim mədəniyyət mərkəzimizi əlimizdən almağa çalışdılar. Lakin haqq, ədalət əvvəl-axır öz yerini tapır.

 

Nəhayət 28 il sonra 2020-ci ilin sentyabrın 27-dən müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız uğrunda əks-hücum əməliyyatlarına başladılar. Və xarabalığa çevrilən torpaqlarımızı qarış-qarış azad edib, bayrağımızı ucaltdılar.

 

8 noyabr tarixi Azərbaycanın illərlə həsrətində olan doğma Şuşanı xalqımıza qovuşdurdu və bu tarixi hadisə Şanlı Qələbə Günün başlanğıcını qoydu.

 

İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işləri həyata keçirilir. Mədəniyyət beşiyimiz olan Şuşamıza Konservatoriyanı indiki Bakı Musiqi Akademiyasının köçürüləcəyi bildirilir.

 

Maraqlıdır ki, bunu Akademiyanın müəllimləri və rəhbəri necə qarşılayacaq?

 

Mövzu ilə bağlı Modern.az-ın əməkdaşı bəstəkar, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiaysının rektoru Fərhad Bədəlbəyli ilə danışıb.

 

Elə bəstəkarın da ən böyük arzusu Şuşada Konservatoriyanın açılmasıdı:

 

“Filial deyəndə, əslində Şuşada müstəqil bir Konservatoriya fəaliyyət göstərməlidir. Əlbəttdə ki, hamı kimi mən də onun olmasını arzu edirəm və müsbət qiymətləndirirəm. Təkcə bir Şuşalı olduğuma görə yox, Azərbaycanda yaşayan bir fərd olaraq bunu arzu edirəm.

 

O qədər işsiz qalan, Qarabağlı müəllimlər var ki, gedib Şuşa Konservatoriyasında dərs deməyi arzulayırlar. Onlar böyük məmnuniyyətlə gedib, orada işləyərlər. Biz hamımız Şuşa Konservatoriyasında ustad dərslər verəcəyik. Bununla bağlı heç bir problem olmayacaq. İnşallah arzumuz tez bir zamanda həyata keçər”.

 

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?