Modern.az

“Space” TV-nin yeni rəhbəri niyə istefa verdi...

“Space” TV-nin yeni rəhbəri niyə istefa verdi...

Media

10 May 2021, 17:50

Bir neçə gün öncə “Space” teleradio şirkətinə yeni rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

 

Modern.az xəbər verir ki, Ü.Mikayılovanın “Space TV”də fəaliyyəti cəmi 5 gün çəkib. Şirkətdə çoxsaylı problemlə qarşılaşan yeni rəhbər onları necə həll edəcəyini araşdırarkən bir də maddi vəsaitin azlığı barədə məlumatlandırılıb.

"Speys TV"ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olduğunu anlayan Ü.Mikayılova bu vəzifəni icra edə bilməyəcəyini deyərək, kollektivlə sağollaşıb.

Ü.Mikayılova Speys TV-yə rəhbər təyin olunanadək ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.



Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?