Arxiv
10 May 2021, 23:54 | DÜNYA
İsrail Qəzzanı bombaladı - 9 fələstinli uşaq öldü

İsrailin Qəzza sektoruna endirdiyi aviasiya zərbələri nəticəsində 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fələstin Səhıyyə Nazirliyi məlumat yayıb. Ölənlərin arasında doqquz uşağın və bir qadının olduğu bildirilir.

 

Şərqi Qüdsdə bir neçə gündür ki, toqquşmalar davam edir. Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, bazar gününə keçən gecə İsrail polisi ilə toqquşmalarda 80 fələstinli yaralanıb. Mayın 10-da iğtişaşlar yenidən bərpa olunub. Yaralananların sayı ümumilikdə 331 nəfərə yüksəlib.

 

Ordunun məlumatına əsasən, Qəzza sektorundan İsrail ərazisinə onlarla raket atılıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS hərəkatının obyektlərinə aviazərbələr endirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?