Arxiv
11 May 2021, 10:24 | ÖLKƏ
Qadın Ağsaqqallar Şurasının üzvü olursa, kişi niyə Ağbirçəklər Şurasının üzvü olmasın - MÜZAKİRƏ

İnsan hüquqları üzrə sabiq müvəkkil (Ombudsman) Elmira Süleymanova indi Azərbaycan Ağsaqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərir. 

 

Məsələyə milli dəyərlər kontekstindən yanaşdıqda insanlar arasında nüfuza, hörmətə sahib olan yaşlı qadınlar ağsaqqal deyil, ağbirçək adlanır. 

 

Başqa məsələ ki, tarixdə ağsaqqallar kimi ağbirçəklər də böyük hörmətə sahib olublar və s. 

 

Görünür elə buna görədir ki, sabiq müvəkkil (Ombudsman) Elmira Süleymanovanın Ağsaqqallar Şurasının sədr müavini olması sosial şəbəkələrdə fərqli yanaşmalara yol açıb. Hətta xanım Süleymanovanın niyə Ağbirçəklər Şurası deyil, Ağsaqqallar Şurasında təmsil olunması təəccüb  doğurub. Yenə sosial şəbəkələrdəki müzakirələrdə belə fikir səsləndirilir ki, eyni məntiqlə yaşlı kişi ziyalı Ağbirçəklər Şurasının üzvü ola bilər.

 

Elmira Süleymanovanın özünün bu məsələni necə qarşılaması yəqin k, hər kəs üçün maraqlıdır.

 

Modern.az-ın əməkdaşı ilə söhbətində Süleymnova qeyd edib ki, elə ağbirçəklərin də Ağsaqallar Şurasında təmsil olunması nəzərdə tutulur: 

 

“Nəzərinizə çatdırım ki, Ağsaqqallar Şurası 1989-cu ildə yaranıb. Amma Şuranın özü də indi yeni inkişaf yoluna qədəm qoyub.

 

Demək olar ki, cənub zonasında Ağsaqqallar Şurasının rayon təşkilatlarının hər birinin tərkibində ağbirçəklərimiz var. Onların arasında xalqın hörmətli, nüfuzlu sayılıb-seçilən xanımları, Şəhid anaları təmsil edilirlər.

 

Ağbirçəklik, ağsaqqallıq yaşla, cinslə müəyyən olunmur. Bu, insanın müdrikliyi, xalqa hörmətilə, sədaqətilə, saf əqidəsilə, xalqın ona inamı ilə, gənclərə örnək olması ilə müəyyən olunur.

 

Çox şadam ki, bizi rayonlarda hörmətlə, sevinclə qəbul edirlər. İnanıram ki, Şuramızın orada da ictimai fəallığın artmasında, bir qüvvə kimi yetişməsində, gənclərimizin proseslərə qatılmasında çox böyük rolu olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?