Modern.az

Məmur olmaq istəyənlər üçün onlayn sənəd qəbulu başlayıb

Məmur olmaq istəyənlər üçün onlayn sənəd qəbulu başlayıb

Təhsil

7 Fevral 2010, 18:31

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 5 fevral 2010-cu ildə elan edilmiş müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Komissiyanın vebsaytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) yerləşdirilmiş "Onlayn sənəd qəbulu" sistemi vasitəsi ilə sənəd verə bilərlər. Modern.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin məlumatında bildirilib.

Onlayn sənəd qəbulu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Komissiyanın vebsaytında qeydiyyatdan keçməlidirlər.
2. Qeydiyyatdan keçdikdən sonra öz istifadəçi hesablarına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar. Onlayn ərizə forması yalnız istifadəçi hesabına daxil olduqdan sonra aktivləşir.
3. Onlayn ərizə forması doldurulduqdan sonra vətəndaş namizədliyinin qeydə alınması ilə bağlı tələb olunan bütün sənədlərlə birgə Komissiyaya gəlməlidir.
4. Komissiyada vətəndaşın elektron ərizədəki məlumatlar yoxlanılır və onların əsasında aşağıdakı sənədlər çap olunur:

- Komissiya sədrinin adına ərizə
- Namizədin ərizəsi

Çap olunmuş sənədlər vətəndaş tərəfindən imzalandıqdan və digər sənədlərin qanuna uyğun olduğu təsdiqləndikdən sonra o, namizəd kimi qeydiyyatdan keçmiş hesab edilir. Vətəndaşın namizədliyi təsdiq edilənə qədər o onlayn ərizəsində istənilən dəyişikliklər edə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar