Modern.az

“Bu cür addımlar bəyanatın şərtlərini yerinə yetirməyə mane olur” - Ceyhun Bayramov

“Bu cür addımlar bəyanatın şərtlərini yerinə yetirməyə mane olur” - Ceyhun Bayramov

11 May 2021, 13:07

"Azərbaycan hesab edir ki, 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli bəyanatları Cənubi Qafqazda münasibətlərin normalaşmasına təkan verəcək".

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən mətbuat konfransında deyib.

 

Ceyhun Bayramov Azərbaycanın üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərini tam şəkildə yerinə yetirdiyini vurğulayıb:

 

“Burda təəssüfedici məqam var. Biz əksər hallarda Ermənistan tərəfindən konstruktiv yanaşmalar görmürük. Bu cür addımlar üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə mane olur”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu