Modern.az

Lavrov ATƏT-in Qarabağda hansı iş görə biləcəyini AÇIQLADI

Lavrov ATƏT-in Qarabağda hansı iş görə biləcəyini AÇIQLADI

Hadisə

11 May 2021, 13:34

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən birgə mətbuat konfransında Qarabağdakı vəziyyətə toxunub.

 

Modern.az xəbər verir ki, Rusiya XİN başçısı Qarabağdakı vəziyyəti ətraflı şəkildə müzakirə etdiklərini bildirib:

 

"Bizim mövqeyimiz budur ki, Qarabağdakı vəziyyətin sabitləşməsi üçün üçtərəfli bəyanatın şərtləri həyata keçirilsin”.

 

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri azərbaycanlı həmkarları ilə daim əlaqədədir.

 

“Biz onların fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə humanitar sahədə irəliləyişlər əldə oluna bilər”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir