Modern.az

Nantdakı "Qarabağ" məktəbinin şagirdlərinə ümummilli liderin fəaliyyətindən danışılıb

Nantdakı

Diaspor

11 May 2021, 16:59

Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" həftəsonu Azərbaycan məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş dərs keçirilib.

 

Modern.az xəbər verir ki, dərs zamanı şagirdlərə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu barədə ətralı məlumat verilib. Bildirilib ki, doğma Azərbaycanın inkişaf etməsi, qüdrətli dövlətə çevrilməsi, xalqımızın sülh, əmin-amanlıq və rifah içində yaşaması Heydər Əliyev kimi dahi şəxsiyyətin əsas amalı olub. Onun uşaqlara xüsusi qaygı ilə yanaşdığı, azərbaycanlı gənclərin qazandığı uğurlarla qürur duyduğu nəzərə çatdırılıb.

 

Dərs Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş etdirilməsilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir