Arxiv
11 May 2021, 20:18 | DÜNYA
Rusiya Rumıniya diplomatını ölkədən çıxarır

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona non-qrata” elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.

 

Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.

 

"Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona non-qrata” elan edilməsinə cavab olaraq atılıb", - deyə nazirliyin saytındakı xəbərdə bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?