Modern.az

İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi

İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi

11 May 2021, 23:20

İsrail Müdafiə Qüvvələri “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Yonatan Konrikus brifinqdə bildirib.

 

Konrikus əlavə edib ki, İsrail tərəfi uzun müddətdən bəri ilk dəfədir ki, “Həmas” və “İslam Cihad” qruplaşmasının raket atəşi açdığı 150 nöqtələrini əhatəli şəkildə 80 təyyarə ilə zərbələr endirir.

 

O, həmçinin, çıxışı zamanı F-35 qırıcısından da istifadə edildiyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu